Bəyannaməçi (Broker) - VAKANSİYA

Bəyannaməçi (Broker) - VAKANSİYA

SOSİUM
92

Fins.az - Euroasian Bridge Logistics and Transport MMC (EBLT) şirkəti komandamıza qoşulmaq üçün məsuliyyətli və peşəkar Bəyannaməçi axtarır.

Ümumi vəzifə öhdəlikləri:

  • Qısa idxal bəyannamələrinin tərtib edilməsi;

  • Tranzit gömrük bəyannamələrinin hazırlanması;

  • Bəyannamələrin elektron sistemə işlənilməsi;

  • Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;

  • Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;

  • İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması;

  • Müştərilərdən daxil olan sorğuların cavablandırılması və sistemləşdirilməsi;

  • Sorğuların aidiyyəti struktur bölmələr və əməkdaşlarla koordinasiya edilməsi;

  • İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları altında malların bəyan edilməsi;

  • Müştəri məmnuniyyətinin və loyallığının təmin edilməsi məqsədilə yüksək səviyyədə xidmət göstərilməsi;

  • Mövcud müştərilərlə davamlı və effektiv ünsiyyətin qurulması.

Namizədə qarşı tələblər

  • Ali və ya peşə ixtisas təhsili;

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

  • Bəyannaməçinin İxtisas Attestatının olması üstünlükdür;

  • Gömrük orqanları və sənədləşmə prosedurları sahəsində təcrübə arzuolunandır;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis və rus dili bilikləri üstünlük hesab olunur;

  • MS Word, Excel və Outlook proqramlarında işləmə bacarığı.

Peşəkar bacarıqlar

  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyini bilmək;

  • Beynəlxalq tranzit prosedurları üzrə biliklərə malik olmaq;

  • Güclü ünsiyyət və koordinasiya bacarıqları;

  • Dəqiqlik, məsuliyyətlilik və sənədlərlə düzgün işləmə qabiliyyəti;

  • Müştəriləri dinləmək, ehtiyaclarını müəyyən etmək və effektiv həll yolları təqdim etmək bacarığı;

  • İşgüzar, səlist və aydın nitq qabiliyyəti;

  • Müştərilərlə peşəkar və nəzakətli münasibət qurmaq bacarığı.

Tələblərə uyğun namizədlər CV- lərin elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Bəyannaməçi” qeyd edilməlidir. Əks halda müraciətlərə baxılmaya bilər.

Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bəyannaməçi (Broker) - VAKANSİYA — Fins.az — Fins.az