Cari ilin yanvar-may aylarında 56,2 milyon nəfər metrodan istifadə edib. Dövlət Statistika Komitəsindən Fins.z-a bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 43 faiz azalıb.