Baş xəzinədar - VAKANSİYA

Baş xəzinədar - VAKANSİYA

SOSİUM
221

Fins.az - Respublika Diaqnostika Mərkəzi vakansiya elan edir.

Tələblər: 

  • Ali təhsil (Maliyyə, mühasibat və ya digər iqtisadi sahələr üzrə);

  • Yaş həddi – 25-40

  • MS Office proqramları üzrə yüksək bacarıqlar;

  • 1C üzrə biliklər; 

  • Mühasibat uçotu üzrə biliklər;

  • İdarəetmə, yüksək analitik bacarıqlar;

  • Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;

  • Müvafiq vəzifədə minimum 2-3 il iş təcrübəsi olanlara üstünlük verilir;

  • AKGÜN proqramı üzrə biliklər (arzuolunan)

Vəzifə öhdəlikləri:  

  • Heyətə nəzarət: Növbəli iş qrafiklərinin təşkili, tabeliyində olan xəzinədarların işinin izlənilməsi, onlara metodiki dəstəyin göstərilməsi.

  • Kassa əməliyyatları: Nağd vəsaitlərin, qiymətli kağızların mədaxil (qəbul) və məxaric (verilmə) edilməsi.

  • Hesabatlılıq: Gün sonu hesabatlarının (Z-hesabat) çıxarılması, kassa kitabının aparılması və faktiki qalıqların yoxlanılması.

  • Inkassasiya: Yığılan pul vəsaitlərinin təhlükəsiz şəkildə sayılıb inkassasiyaya (banka təhvil verilmək üçün) hazırlanması.

  • Sənədləşmə: Bütün Nağd əməliyyatların mühasibatlıq proqramlarında düzgün əks etdirilməsi, təsdiqedici sənədlərin arxivləşdirilməsi. 

  • Xəta və çatışmazlıqların idarəsi: Kassa kəsirlərinin və ya artıqlarının araşdırılması, müştəri şikayətlərinin və ya çətin ödəniş hallarının həll edilməsi

  • Daxili nizam-intizam qaydalarına əməl edilməsi.

  • İşgüzar problemlər və qayda pozuntuları haqqında struktur rəhbərinə vaxtında düzgün məlumatın verilməsi.

İş şəraiti:

  • İş qrafiki – həftədə 5 iş günü

  • İş saatları – 09:00-18:00

  • Əmək haqqı – 1500-2000 Azn

  • Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyə uyğun rəsmiləşmə

Maraqlanan namizədlər öz CV- lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş xəzinədar - VAKANSİYA — Fins.az — Fins.az