Baş Mühasib - VAKANSİYA

Baş Mühasib - VAKANSİYA

SOSİUM
335

Fins.az - "Phoenix Group" Baş Mühasib vəzifəsinə vakansiya elan edir.

Namizədə aid tələblər:

  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);

  • Müvafiq vəzifədə (istehsal) 3 ildən az olmayaraq iş təcrübəsi;

  • Azərbaycan Respublikası Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə biliklər;

  • Microsoft Office proqramları üzrə biliklər;

  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;

  • E-taxes.gov.azəmas.gov.az və digər portallardan istifadə etmək bacarığı;

  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;

  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;

  • Məsuliyyətli, dəqiq və peşəkar;

  • PMS üzrə sertifikat;

Əsas vəzifə və öhdəliklər:

  • Mühasibat məlumatlarını 1C bazasına vaxtı vaxtında işlənilməsi,

  • İstehsal prosesinin mühasibat uçotunda düzgün əks olunmasi, maya dəyərinin kalkulyasiyasının təşkili və nəzarəti,

  • Cəmiyyət üzrə  debitorların və kreditorlarların, əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunun  aparılması;

  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi - Bank və kassa sənədlərini tərtib edib uçotda əks olunmasi;

  • Aylıq  əmək  haqqını hesablanması;

  • Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, İşçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də DSMFa vəsaitin köçürülməsini həyata keçirilməsi;

  • Vergilər Nazirliyinə və DSMF-na təqdim edilən bəyannamələr və hesabatların, həmcinin daxili maliyyə hesabatlarının hazırlanması;

  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət,

  • Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;

  • Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • Sınaq müddəti 1 ay;

  • Rəqabətə davamlı Əmək haqqı

  • 6 günlük iş rejimi. 

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş Mühasib - VAKANSİYA — Fins.az — Fins.az