Baş infeksionist qapalı məkanda maskanın ləğv edilməsi tarixini açıqladı – VİDEO

Baş infeksionist qapalı məkanda maskanın ləğv edilməsi tarixini açıqladı – VİDEO

SOSİUM
979

Qapalı məkanlarda maskadan istifadə edilməməsi əhalinin hansı hissəsinin peyvəndlənməsindən asılı olacaq.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, İsrail bu cür yumşaldılmalara əhalinin yarıdan çoxunun peyvəndlənməsi ilə bir vaxtda başladı:

“Biz isə hələlik o həddə çatmamışıq. Yəqin ki, yaxın bir neçə ay ərzində həmin həddə çatacağıq və belə olan halda təbii ki, o cür qərarları qəbul edə bilərik. Bunun üçün isə vaksinasiya prosesində iştirak etmək və qaydalara riayət etmək  lazımdır. Əks halda isə hədəflərə tezliklə çata bilmərik”. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş infeksionist qapalı məkanda maskanın ləğv edilməsi tarixini açıqladı – VİDEO — Fins.az — Fins.az