Baş Baytar - VAKANSİYA

Baş Baytar - VAKANSİYA

SOSİUM
154

Fins.az - Company vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Baş Baytar Əməliyyatlar üzrə Rəhbərə və Cəmiyyət üzrə İdarə Heyətinin Sədrinə  hesabat verir;

  • Bütün Təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların idarə olunmasına nəzarət edir;

  • Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşıyır;

  • İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin edir;

  • Baytarlıq bölməsinin apardığı işlər ilə bağlı rüblük statistik məlumatları hazırlayıb üst rəhbərliyə təqdim edir;

  • Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən edir və aidiyyəti üzrə təkliflər verir;

  • Heyvandarlıq şöbəsində müalicə, müayinə və profilaktik proqramları işləyib hazırlayır və həmin proqram əsasında tədbirləri həyata keçirir;

  • Baytarlıq bölməsində işçilərin iş yükünü təyin edir və qrafik üzrə iş prosesini təşkil edir;

  • Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə şöbəsinə təqdim edir, məlumatları daxil aidiyyəti proqrama daxil edir və hesabatını rəhbərliyə verir;

  • Riskli və erkən doğuşlarda birbaşa iştirak edir;

  • Gündəlik olaraq bütün heyvan qruplarına baxış keçirir, xəstə olan heyvanların uçotunu toplayıb üst rəhbərliə məlumat verir. Müalicə üçün metodlar təyin edib Baytar həkimlərə müvafiq təlimatlarını verir;

  • Müalicələrin qeydiyyatının aparılmasını təmin edir;

  • Baytarlıq bölməsinin qeydiyyat jurnallarının gündəlik olaraq işlənməsini təmin edir;

  • Çoxalma proqramlarını hazırlayır və həmin proqram əsasında mayalanma işlərini həyata keçirir;

  • Sürünün sağlamlaşdırılması istiqamətində daim təkliflər verir;

  • Vaksinasiya proqramlarının icra olunmasına nəzarət edir;

  • Dırnaq baxımı və dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin edir;

  • Heyvan ölümlərinin səbəbini müəyyənləşdirir, lazım gəldikdə patoloji yarmalar aparır və nəticələr barədə rəhbərliyə hesabat verir;

  • Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərir;

  • İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin edir;

  • Səlahiyyətli baytarlıq qurumunun göstərişinə əsasən karantin tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edir;

  • Vəzifənin nəzərdə tutduğu digər öhdəlikləri yerinə yetirir;

  • İşində əmək və texniki təhlükəsizlik qaydalarına, sanitar-gigiyenik qaydalara ciddi riayət edir;

  • Mal-qaranın tələf olması səbəbləri barədə hesabt verir;

Tələblər:

  • Heyvandarlıq üzrə ən azı 10 il, o cümlədən Baş baytar vəzifəsində ən azı 3 il təcrübə;

  • Cinsi: Kişi

  • Yaş həddi: 28-50

  • Ali təhsil (Baytarlıq, Zootexnik)

  • MS Office (Word, Excel),  

  • Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;

Namizəddən gözlənilir:

  • Yüksək analitik düşüncə və detal yönümlülük

  • İşçi heyətinin idarəedilməsi, heyvandarlıq, dərman tanıma və sənədlərlə işləmə bacarığı

  • Təqdimat bacarığı

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)

  • İş vaxtı: 09:00-18:00

  • Əmək haqqı: 1600-2000 Azn (namizədin bilik-bacarığına əsasən)

Müraciət etmək üçün CV-nizi  elektron poçt ([email protected]) ünvanına “Baş Baytar” qeyd edərək göndərməyinizi xahiş edirəm.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baş Baytar - VAKANSİYA — Fins.az — Fins.az