BakıKart satış qiymətini artırır, gediş haqları dəyişmir

BakıKart satış qiymətini artırır, gediş haqları dəyişmir

SOSİUM
229

1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək.

BakıKart-dan Fins.az-a verilən məlumata görə, BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.

“Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.

Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.

Gediş haqlarında dəyişiklik yoxdur. Kart balanslarında dəyişiklik yoxdur”,-deyə məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BakıKart satış qiymətini artırır, gediş haqları dəyişmir — Fins.az — Fins.az