Bakıda müntəzəm marşrutun hərəkət sxemi dəyişdi - FOTO

Bakıda müntəzəm marşrutun hərəkət sxemi dəyişdi - FOTO

SOSİUM
833

Nizami İsmayılov küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq 66 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən marşrutun hərəkət sxemi müvəqqəti olaraq Yusif Eyvazov, Etibar Bəkirli, Cəlal Qurbanov, Zaur Şərifov, Sakit Qocayev küçələrindən keçməklə təşkil ediləcək.

Dəyişiklik təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda müntəzəm marşrutun hərəkət sxemi dəyişdi - FOTO — Fins.az — Fins.az