Bakıda İkinci Dünya müharibəsi dövründən qalan evlər söküləcək

Bakıda İkinci Dünya müharibəsi dövründən qalan evlər söküləcək

SOSİUM
469

Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır. Bu dəfə layihə Keşlə qəsəbəsi, Nizami rayonu ərazisini əhatə edir.

Fins.az "Yeni sabah"a istinadən xəbər verir ki, istismar müddətini başa vurmuş və plana düşmüş, “mordovan” və ya “qamışlıq” kimi tanınan ikimərtəbəli binaların sökülməsi nəzərdə tutulub. Həmin tikililərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.

Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Layihənin əsas məqsədi ərazinin infrastrukturunun yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, “mordovan” adlandırılan bu evlər İkinci Dünya müharibəsi-ndən sonra inşa edilib. Tikinti zamanı qamış materialından geniş istifadə olunub. Sonradan bəzi binalar daşla üzlənsə də, onların daxili konstruksiyası hələ də köhnə texnologiyaya əsaslanır.

Xatırladaq ki, aprelin 5–6-da paytaxtda müşahidə olunan intensiv yağıntılar məhz bu ərazidə ciddi problemlər yaradıb. Keşlə qəsəbəsində drenaj və kanalizasiya sistemində yüklənmə baş verib, nəticədə suyun səviyyəsi 1,2–1,5 metrə qədər yüksəlib və 31 fərdi yaşayış evinə su dolub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda İkinci Dünya müharibəsi dövründən qalan evlər söküləcək — Fins.az — Fins.az