
Bakı–Balakən gecə qatarlarına yeni dayanacaqlar əlavə edilib
Azərbaycan Dəmir Yolları bildirir ki, aprelin 1-dən Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarları artıq Ucar və Ləki stansalarında da dayanacaq.
Fins.az xəbər verir ki, bu yenilik sərnişinlərə gecə qatarından daha rahat və əlçatan şəkildə istifadə etmək imkanı yaradacaq.
Yeni dayanacaqların əlavə olunması ilə qatarların hərəkət qrafiki də yenilənib.
Təfərrüatlar və biletlər üçün buraya baxa bilərsiniz.
