Bakı, Sumqayıt və Gəncədə qəzalı binalarda mənzil təminatı proqramı davam edir

Bakı, Sumqayıt və Gəncədə qəzalı binalarda mənzil təminatı proqramı davam edir

SOSİUM
266

Fins.az - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında hesabatına əsasən, Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı yaşayış binalarının sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə hər il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılır.

Yerli icra hakimiyyəti orqanlarının müraciətləri və Nazirlər Kabinetinin tapşırıqlarına əsasən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qəzalı binaların siyahısı tərtib edilib. Araşdırmalara görə, Bakı şəhərində 228 ünvanda 7 170 mənzil, Sumqayıt şəhərində 21 ünvanda 464 mənzil, Gəncə şəhərində isə 11 ünvanda 708 mənzil olmaqla, ümumilikdə 260 ünvan üzrə qəzalı binalar müəyyən edilib.

Sakinlərin köçürülməsi və şəhərsalma qanunvericiliyinə uyğun yeni binaların tikintisi üçün 159 bina dövlət vəsaiti, 84 bina investor vəsaiti, 17 bina isə həm dövlət, həm də investor vəsaiti hesabına nəzərdə tutulur. Bakı, Sumqayıt və Gəncə şəhərlərində 8 342 mənzildə məskunlaşmış ailələrdən 655-i dövlət vəsaiti, 493-ü isə investor vəsaiti hesabına olmaqla ümumilikdə 1 148 ailə köçürülüb.

Sabunçu rayonunda 46 qəzalı binadan (782 mənzil) 27 bina üzrə ailələr dövlət vəsaiti hesabına, 19 bina üzrə isə investor vəsaiti hesabına yeni mənzillərlə təmin ediləcək. Hazırda 123 mənzildə məskunlaşmış ailələrin köçürülməsi tamamlanıb.

Bu tədbirlər qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsinə və mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı, Sumqayıt və Gəncədə qəzalı binalarda mənzil təminatı proqramı davam edir — Fins.az — Fins.az