Bakı metrosunda tunellərin havalandırılması yaxşılaşdırılır

Bakı metrosunda tunellərin havalandırılması yaxşılaşdırılır

SOSİUM
854

"Bakı Metropoliteni" QSC "28 may" - "Cəfər Cabbarlı" stansiyaları istiqamətindəki tunellərin havalandırılmasını yaxşılaşdırmaq və tunel konstruksiyalarını ətraf mühütin təsirlərindən daha yaxşı qorumaq üçün işlərə başlayıb. 

Bu barədə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Cəfər Cabbarlı heykəlinin yaxınlığından tunellərə yol açılır: "İşlər yekunlaşandan sonra burada kiçik havalandırma köşkü olacaq. Havalandırma da ordan həyata keçiriləcək və ərazinin estetik görünüşünə yeni bir cizgi gətiriləcək. İşlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınıb", - o qeyd edib. 

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı metrosunda tunellərin havalandırılması yaxşılaşdırılır — Fins.az — Fins.az