Bakı Metropoliteni mart ayında sərnişin sayında 1,1% artım göstərib

Bakı Metropoliteni mart ayında sərnişin sayında 1,1% artım göstərib

SOSİUM
221

Ötən ay Bakı Metropoliteni 18 269 887 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % artım deməkdir.

Fins.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Statistikaya əsasən, 6 mart ən çox sərnişin daşınmış gün olub və həmin gün 796 734 nəfər metrodan istifadə edib.

Bayram günlərində mərkəz istiqamətində sərnişin axını kəskin artıb. Xüsusilə 21-22 mart tarixlərində “Sahil” stansiyası metronun ən işlək nöqtəsi kimi gündəlik ortalamadan 51 % daha çox sərnişin qəbul edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Metropoliteni mart ayında sərnişin sayında 1,1% artım göstərib — Fins.az — Fins.az