Bakı filialları - Müştəri xidməti şöbəsi (İpoteka krediti üzrə mütəxəssis) - VAKANSİYA

Bakı filialları - Müştəri xidməti şöbəsi (İpoteka krediti üzrə mütəxəssis) - VAKANSİYA

SOSİUM
742

Fins.az - Xalq Bank Bakı filialları - Müştəri xidməti şöbəsi (İpoteka krediti üzrə mütəxəssis) vəzifəsinə vakansiya elan edir.

Təsvir

  • Bankdaxili qayda və prosedurlarına əsasən fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərilməsi;

  • ARİKZF və Bankındaxili qaydalara uyğun olaraq İpoteka krediti üzrə müraciətlərinin qəbulu, təhlilin aparılması, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;

  • İpoteka kreditləri üzrə ödənişlər barədə mütəmadi təhlillər apararaq və ödənişlərin vaxtında icra olunmasının təmin edilməsi;

  • İpoteka kreditləri üzrə sığorta portfelinə və ödənişlərin icra olunmasına nəzarət, müqavilələrinin vaxtında uzadılmasının təmin edilməsi;

  • İpoteka kreditləri üzrə öhdəliyin ötürülməsi, girovun dəyişməsi və s. xidmətlərin göstərilməsi;

  • Digər pərakəndə bank məhsullarının satışının həyata keçirməsi və yeni müştərilərin cəlb olunması istiqamətində xidmətlərin göstərilməsi.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);

  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır;

  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dil biliyi arzuolunandır;

  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-baki-filiallari-musteri-xidmeti-sobesi-ipoteka-krediti-uzre-mutexessis-59961?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı filialları - Müştəri xidməti şöbəsi (İpoteka krediti üzrə mütəxəssis) - VAKANSİYA — Fins.az — Fins.az