Azərbaycanda sosial təqaüd alanların sayı açıqlanıb

Azərbaycanda sosial təqaüd alanların sayı açıqlanıb

SOSİUM
431

2026-cı ilin aprelin 1-nə olan məlumata görə, Azərbaycanda müxtəlif kateqoriyadan olan 407,7 min şəxsə Prezident təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Statistikaya əsasən, ümumilikdə 407 672 nəfər Prezident təqaüdü alır, 4 673 nəfər isə fəxri adlara görə ödənişlə təmin olunur.

Məlumata görə, Prezident təqaüdü üzrə bir nəfərə düşən orta aylıq məbləğ 164,72 manat təşkil edir, fəxri adlara görə isə bu göstərici 205,09 manatdır.

“Xalq” fəxri adına görə 238 nəfərə aylıq 300 manat ödəniş edilir, “Əməkdar” fəxri adına görə isə 4 435 nəfər 200 manat məbləğində təqaüd alır.

Eyni zamanda 20 Yanvar şəhidlərinin 83 ailəsinə aylıq 636,75 manat ödəniş həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sosial təqaüd alanların sayı açıqlanıb — Fins.az — Fins.az