Azərbaycanda sosial ödənişlər artırılıb

Azərbaycanda sosial ödənişlər artırılıb

SOSİUM
136

6 ayadək dövr ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin müddət üzrə ümumilikdə 37,1 milyon manat ödəniş həyata keçirilib.

Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu ödənişlər 2021-ci ilin iyul ayında qəbul edilmiş qanuna əsasən təmin edilib.

Qanuna uyğun olaraq, şəxsə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar əlillik təyin edildikdə, yeni qərar əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Bu halda aralıq dövr üzrə sosial ödənişlərin verilməsi nəzərdə tutulur.

Məlumata əsasən, ötən dövrdə 60 mindən çox şəxsə həmin mexanizm çərçivəsində ödənişlər təqdim olunub.

Ümumilikdə əvvəlki əlillik müddətinin bitdiyi tarixdən təkrar əlillik təyin edilənədək olan dövr üzrə 37,1 milyon manat vəsait ödənilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda sosial ödənişlər artırılıb — Fins.az — Fins.az