Azərbaycanda rəqəmsal istehlak ailə büdcəsinin 6–12 faizinə çatır

Azərbaycanda rəqəmsal istehlak ailə büdcəsinin 6–12 faizinə çatır

SOSİUM
251

Sosial media asılılığının ailə büdcəsinə birbaşa təsiri var.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin birgə iclasında çıxışı zamanı bildirib.

Komitə sədri qeyd edib ki, gənclər tərəfindən edilən impulsiv alışlar, o cümlədən oyun içi satınalmalar, influencer reklamları vasitəsilə yönləndirilən istehlak və abunəlik xidmətləri ailə büdcəsindən əhəmiyyətli vəsait aparır.

Onun sözlərinə görə, 12–18 yaş aralığındakı gənclərin aylıq orta rəqəmsal xərcləri 40–70 manat təşkil edir ki, bu da orta ailə büdcəsinin 6–12 faizi ilə ölçülür.

Zahid Oruc bildirib ki, internet texnologiyaları uşaqları yalnız sosial media deyil, həm də müxtəlif rəqəmsal platformalar vasitəsilə risklərlə üz-üzə qoyur. Onun sözlərinə görə, Fortnite, Roblox və PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır və “loot box” mexanizmi bir sıra ölkələrdə, o cümlədən Belçika və Niderlandda qanunsuz qumar mexanizmi kimi qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda rəqəmsal istehlak ailə büdcəsinin 6–12 faizinə çatır — Fins.az — Fins.az