Azərbaycanda qeydə alınan kibercinayətlərin sayı açıqlanıb

Azərbaycanda qeydə alınan kibercinayətlərin sayı açıqlanıb

SOSİUM
363

Ötən il ölkə üzrə informasiya texnologiyalarından istifadə etməklə törədilmiş 1799 cinayət faktı qeydə alınıb və bu cinayətlərin əhəmiyyətli hissəsi onlayn oğurluq və dələduzluq halları ilə bağlı olub.

Fins.az xəbər verir ki, bunu Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev bildirib.

“Cinayətkarlar əsasən sosial şəbəkələr, müxtəlif messencer tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən əlaqə qururlar. Bu isə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini daha da çətinləşdirir”, - deyə o qeyd edib.

E. Mehdiyev əlavə edib ki, transmilli xarakter daşıyan kibercinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardım mexanizmlərindən geniş istifadə olunur. Onun sözlərinə görə, kibercinayətkarlıqla effektiv mübarizə üçün hüquq-mühafizə orqanları ilə yanaşı dövlət qurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorları və internet provayderlərinin birgə fəaliyyəti böyük əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qeydə alınan kibercinayətlərin sayı açıqlanıb — Fins.az — Fins.az