Azərbaycanda pensiyaların orta məbləği 541,6 manat olub

Azərbaycanda pensiyaların orta məbləği 541,6 manat olub

SOSİUM
397

2026-cı ilin yanvar ayında təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.

Hesabata əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1.098,9 min pensiyaçı qeydiyyatda olub. Bu göstərici ötən ilin eyni dövründə 1.098,3 min nəfər təşkil edib.

Qeyd olunub ki, pensiyaçıların ümumi sayı ölkə əhalisinin 10,7 faizinə bərabərdir.

Məlumata görə, orta aylıq pensiyanın məbləği orta aylıq əməkhaqqının 49,1 faizini təşkil edib ki, bu da sosial təminat göstəricilərində artım dinamikasını əks etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pensiyaların orta məbləği 541,6 manat olub — Fins.az — Fins.az