Azərbaycanda orta aylıq əməkhaqqı 9,3% artıb

Azərbaycanda orta aylıq əməkhaqqı 9,3% artıb

SOSİUM
484

Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2025-ci ilin ilkin məlumatları ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 2024-cü illə müqayisədə 9,3% artaraq 1 102,9 manat olduğunu göstərir.

Sektorlar üzrə əməkhaqqı göstəriciləri belə olub:

  • Neft-qaz sektoru: 3 938,6 manat

  • Qeyri-neft sektor: 1 050,7 manat

Müəssisə növünə görə isə orta əməkhaqqı:

  • Dövlət müəssisələri: 1 080,8 manat

  • Özəl müəssisələr: 1 124,4 manat

Hesabatda qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müvafiq təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb. Dövlət büdcəsindən maliyyələşən bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10% artırılıb.

Eyni zamanda, hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifə maaşları orta hesabla 10% artırılıb. Bir sıra hərbi qurumların və hüquq mühafizə orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da yüksəldilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda orta aylıq əməkhaqqı 9,3% artıb — Fins.az — Fins.az