
Azərbaycanda nominal gəlirlər və əməkhaqqı artıb
Azərbaycanda 2026-cı ilin yanvar–aprel ayları üzrə orta aylıq nominal əməkhaqqı 1 172,1 manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5% artım deməkdir.
Hesabat dövründə əhalinin nominal gəlirləri isə 37 699,8 milyon manat təşkil edib.