Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

SOSİUM
389

2026-cı ilin ilk üç ayı ərzində Azərbaycanda nikah və boşanmaların sayında azalma qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2026-cı ilin birinci rübündə 8203 nikaha daxilolma qeydə alınıb.

Eyni dövrdə 4614 boşanma faktı qeydə alınıb.

Göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma dinamikasını göstərir. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,4-dən 3,2-yə enib.

Boşanmalar üzrə göstərici isə əhalinin hər 1000 nəfəri üçün 1,9-dan 1,8-ə düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nikah və boşanmaların sayı azalıb — Fins.az — Fins.az