Azərbaycanda mənzil qiymətləri artmaqda davam edir – illik artım 8%-i keçdi

Azərbaycanda mənzil qiymətləri artmaqda davam edir – illik artım 8%-i keçdi

SOSİUM
351

Fins.az – 2026-cı ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymət artımı davam edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayında mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb.

Bahalaşma xüsusilə ilkin mənzil bazarında (yeni tikililər) daha yüksək olub. Belə ki, bu seqmentdə qiymətlər illik müqayisədə 13,1% yüksəlib. Təkrar mənzil bazarında (köhnə tikililər) isə artım 8,1% təşkil edib.

Rüblük müqayisədə də qiymət artımı qeydə alınıb. Belə ki, 2025-ci ilin IV rübü ilə müqayisədə ümumi mənzil bazarında qiymətlər 2,2% artıb. Bu dövrdə yeni tikililərdə qiymətlər 1,8%, köhnə mənzillərdə isə 2,2% yüksəlib.

Mütəxəssislər hesab edir ki, bazarda qiymət artımına əsas təsir edən amillər arasında tikinti xərclərinin yüksəlməsi və mənzilə tələbatın artması yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...