Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix açıqlandı

Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix açıqlandı

SOSİUM
666

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən 30 iyul Məhərrəm ayının birinci günüdür:

“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-i olacaq”.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Məhərrəm ayının başlayacağı tarix açıqlandı — Fins.az — Fins.az