
Azərbaycanda istilik mövsümü başa çatdı – sistemlər yay hazırlığına keçib
Respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü yekunlaşıb.
Fins.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.
Qurumun açıqlamasına görə, istilik mövsümünün başa çatması ilə əlaqədar sistemlərin planlı şəkildə dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq işlərinə start verilib.
Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin olunub.