
Azərbaycanda iqtisadi fəal əhali 5,39 milyon nəfəri ötüb
2026-cı il mayın 1-nə olan ilkin statistik göstəricilərə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 396,2 min nəfər təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin əhalinin 5 milyon 114,1 min nəfəri məşğul əhali kimi qeydə alınıb.
Cari ilin 1 aprel tarixinə olan məlumatlara görə isə ölkədə muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 797,6 min nəfər olub. Onlardan 869,5 min nəfəri dövlət sektorunda, 928,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Sektorlar üzrə bölgüyə əsasən, iqtisadiyyatın neft-qaz sahəsində 30,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 767,0 min nəfər çalışır.
Açıqlanan rəqəmlər ölkə üzrə məşğulluğun əsasən qeyri neft-qaz sektorunda cəmləşdiyini göstərir.