Azərbaycanda iş icazəsi alan əcnəbilərin sektorial bölgüsü açıqlanıb

Azərbaycanda iş icazəsi alan əcnəbilərin sektorial bölgüsü açıqlanıb

SOSİUM
283

2026-cı ilin I rübünün sonuna olan məlumata əsasən, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələri əsasında ölkədə 1775 əcnəbi və vətəndaşlığı olmayan şəxs fəaliyyət göstərib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, iş icazəsi olan əcnəbilərin 29,4 faizi tikinti sektorunda, 10,8 faizi emal sənayesində, 9,6 faizi mədənçıxarma sənayesində, 8,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində fəaliyyət göstərib.

Bundan başqa, 6,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 5,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışıb.

Statistikaya görə, qalan 30,3 faiz isə digər iqtisadi sahələrdə məşğul olmaq üçün iş icazəsi alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda iş icazəsi alan əcnəbilərin sektorial bölgüsü açıqlanıb — Fins.az — Fins.az