
Azərbaycanda əlillik təyinatı ilə bağlı göstəricilər açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2026-cı ilin yanvar–aprel ayları ərzində ümumilikdə 15,9 min şəxsə əlillik təyin edilib.
Fins.az nazirliyin məlumatına əsasən xəbər verir ki, bu dövr ərzində 7,1 min nəfərə ilkin, 8,8 min nəfərə isə təkrar əlillik təyinatı aparılıb.
Məlumata görə, əlilliyin qiymətləndirilməsi prosesi tam elektron sistem üzərindən həyata keçirilir. Səhiyyə müəssisələri tərəfindən sistemə daxil edilən göndərişlərdəki məlumatlar əsasında əlillik dərəcəsi müəyyən olunur.
Əlillik təyinatından sonra sosial ödənişlər də elektron sistem vasitəsilə proaktiv qaydada avtomatik olaraq təyin edilir.
Nazirlik bildirir ki, bu yanaşma prosesin şəffaflığını artırmaqla yanaşı, vətəndaşlara xidmətlərin daha operativ şəkildə göstərilməsinə imkan yaradır.