
Azərbaycanda 87,3% uşaq sosial media tənzimlənməsini dəstəkləyir
2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda əhalinin 87.3 faizi 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir, 11.1 faizi bu təkliflə razılaşmır, 1.6 faizi isə bu barədə fikir bildirmir.
Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin birgə iclasında çıxışı zamanı məlumat verib.
Komitə sədri bildirib ki, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi ilə bağlı yanaşmalar cəmiyyətdən gələn sosial sifariş xarakteri daşıyır.
Onun sözlərinə görə, məktəbyaşlı övladı olan respondentlərin 90.5 faizi bu təklifə müsbət yanaşır. Eyni zamanda qeyd olunub ki, nisbətən tənqidi yanaşma daha çox gənclər və ali təhsillilər arasında müşahidə edilir.
Zahid Oruc bildirib ki, valideynlərin əhəmiyyətli hissəsi sosial medianı uşaqlar üçün zərərli hesab edir. Bununla yanaşı, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi platformalar sırasında “YouTube” 69.1 faizlə ilk yerdə qərarlaşıb, ardınca “WhatsApp” 47.9 faiz və “TikTok” 33.0 faiz gəlir.