Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır

Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır

SOSİUM
1,195

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb edilib.

Fins.az APA-ya istinadən xəbər verir ki, onlardan 41 nəfəri tibbi personaldır.

Həmin şəxslərin bir qrupu Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarında iştirak edir.

Qeyd edək ki, indiyədək Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfər sağ, 29 nəfərin isə meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan FHN-in 725 nəfərlik heyəti Türkiyədə zəlzələnin fəsadlarını aradan qaldırır — Fins.az — Fins.az