Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan əhalisinin sayı artıb

SOSİUM
514

Azərbaycanda əhalinin sayında ilin əvvəlindən etibarən artım qeydə alındığı açıqlanıb.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-fevral aylarını əhatə edən makroiqtisadi göstəricilərində bu artım öz əksini tapıb.

Məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 1 689 nəfər və ya 0,02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 264 040 nəfərə çatıb.

Bildirilib ki, əhalinin 54,3 faizini şəhər, 45,7 faizini isə kənd sakinləri təşkil edir.

Eyni zamanda qeyd olunub ki, ölkə əhalisinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan əhalisinin sayı artıb — Fins.az — Fins.az