Azərbaycan əhalisi bu il içki və siqaretə 1,4 mlrd. manata yaxın vəsait xərcləyib

Azərbaycan əhalisi bu il içki və siqaretə 1,4 mlrd. manata yaxın vəsait xərcləyib

SOSİUM
522

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,378 mlrd. manat xərclənib.

Bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,6% artıb.

Cari ilin təkcə avqust ayında sözügedən göstərici 174,7 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 9,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,2%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan əhalisi bu il içki və siqaretə 1,4 mlrd. manata yaxın vəsait xərcləyib — Fins.az — Fins.az