
Avto-daşımalar üzrə şöbə rəisi - VAKANSİYA
Fins.az - ADY Express vakansiya elan edir.
Əsas vəzifələr:
Avtomobil daşımaları istiqamətinin kommersiya fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsi;
Yeni müştərilərin cəlb edilməsi, və müştəri münasibətlərinin inkişaf etdirilməsi;
Daşımalar üzrə satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
Bazarın təhlili, yeni biznes imkanlarının müəyyən edilməsi və həyata keçirilməsi;
Daşıyıcılar, agentlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Kommersiya təkliflərinin hazırlanması, tarif və qiymət siyasətinin formalaşdırılması;
Şöbənin satış planlarının və maliyyə göstəricilərinin yerinə yetirilməsinin təmin edilməsi;
Şöbə əməkdaşlarının fəaliyyətinin idarə olunması, performans göstəricilərinin müəyyən edilməsi və nəzarəti;
Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.
Tələblər:
Ali təhsil
İş stajı: 5 il (Logistika, ekspedisiya və ya beynəlxalq yükdaşımaları sahəsində)
Dil biliyi: Rus, ingilis
Rəqəmsal bacarıqlar: MS Office
Şəxsi keyfiyyətlər:
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
Liderlik və idarəetmə bacarıqları;
Nəticəyönümlülük və təşəbbüskarlıq;
Analitik düşüncə və qərarvermə bacarığı;
Məsuliyyətlilik və yüksək təşkilatçılıq qabiliyyəti;
Müştəri bazasının inkişafı və satışların artırılması üzrə uğurlu təcrübə.
İş qrafiki:
5 günlük
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
Könüllü tibbi sığorta;
Nahar ilə təmin edilmə;
Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.