
Arabir yağış, qar yağacaq – SABAHIN HAVASI
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 24-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-15° isti olacaq.
Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-3° şaxta olacaq.