Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-də  apardığı auditlə bağlı AÇIQLAMA

Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-də  apardığı auditlə bağlı AÇIQLAMA

SOSİUM
519

Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)  apardığı audit yekunlaşıb.

Aidiyyəti departamentlərdə və müxtəlif gəmilərdə aparılan audit nəticəsində ASCO-da keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair tətbiq edilən İnteqrasiya olunmuş İdarəetmə Sisteminin (İİS) İSO beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiqlənib. Nəticədə Təsnifat Cəmiyyəti ASCO-ya  növbəti 5 il üçün sertifikat təqdim edib.

Qeyd edək ki, İSO 9001-2008 (Keyfiyyətin idarə edilməsi), İSO 14001-2004 (Ekoloji menecment), İSO 50001-2011 (Enerji səmərəliliyi menecmenti) və OHSAS 18001-2007 (Peşə təhlükəsizliyi və əməyin mühafizəsinin idarə edilməsi) beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun olaraq, ASCO üçün keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair İnteqrasiya olunmuş İdarəetmə Sistemi (İİS) işlənib və gəmilərdə tətbiq edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”-də  apardığı auditlə bağlı AÇIQLAMA — Fins.az — Fins.az