
Aktiv və Passivlərin İdarəedilməsi Şöbəsinə Faiz Riskləri üzrə Baş analitik - VAKANSİYA
Fins.az - PASHA Bank vakansiya elan edir.
Təsvir
Müxtəlif maliyyə alətləri və biznes xətləri üzrə faiz dərəcəsi riskinə məruz qalmaları təhlil etmək;
Faiz dərəcəsi riskindən qorunmaq üçün hedcinq əməliyyatları aparmaq və təşkilatın risk-gəlir profilini optimallaşdırmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək;
Faiz dərəcələrinin dəyişməsini və onların təşkilatın maliyyə nəticələrinə təsirini izləmək;
Faiz dərəcəsi riskinin idarə edilməsi üzrə requlyator qaydalara uyğunluğu izləyir və bu uyğunluğun təmin edilməsi üçün müvafiq addımlar atmaq;
Faiz dərəcəsi riskinə məruz qalmaları və təsirlərin azaldılması yönündə strategiyaları hazırlayaraq yüksək səviyyəli rəhbərliyə çatdırmaq və müvafiq maraqlı tərəflərlə bölüşmək;
FTP metodologiyalarının hazırlanmasında yaxında iştirak edir və faiz riskləri yönündən metodoloji təkliflər hazırlamaq;
Faiz risklərindən qorunmaq üçün müvafiq modellər (EVE və NII) hazırlayaraq simulyasiyaları APİK komitəsinə periodik olaraq təqdim etmək;
Müxtəlif modellər və proqnozlaşdırma işlərini təşkil edir və bir başa rəhbərə təqdim etmək;
Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatlarının hazırlanması təmin etmək;
Mütəxəssis və kiçik mütəxəssislərin işinin düzgün yönləndirilməsində iştirak etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
Faiz dərəcəsi riskinin idarə edilməsi prinsipləri və requlyator tələblər haqqında güclü anlayış;
Maliyyə təhlili və modelləşdirmə bacarıqlarına sahib olmaq;
Faiz dərəcəsi üzrə törəmə maliyyə alətləri və hedcinq strategiyaları haqqında biliklər;
Maliyyə, İqtisadiyyat, Riyaziyyat və ya əlaqəli sahədə ixtisaslaşma;
Faiz dərəcəsi riskinin ölçülməsi və təhlili alətləri ilə təcrübə;
Yüksək səviyyədə analitik və problem həll etmə bacarığı;
Maliyyə modelləşdirmə və kəmiyyət təhlili üsullarında qabaqcıl biliyə sahib olmaq;
Faiz dərəcəsi riskinin idarə edilməsi ilə bağlı normativ tələblərlə tanışlıq;
IRRBB prinsipləri üçün mürəkkəb requlyator təlimatları şərh etmək və tətbiq etmək bacarığı;
Mühasibat uçotu prinsipləri və maliyyə hesabatı standartları, xüsusən də faiz dərəcəsi riski ilə bağlı biliklər.
Vakansiya növü - Tam ştat