
ADY sərnişin daşıma göstəricilərini 24% artırıb
Azərbaycan Dəmir Yolları (ADY) bu ilin yanvar–mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 24% daha çox sərnişin daşıyıb.
Fins.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Qeyd olunub ki, statistikaya əsasən, Bakı-Qazax-Bakı marşrutu üzrə 102 723 sərnişin, Bakı-Balakən-Bakı marşrutu üzrə isə 21 812 sərnişin daşınıb. Müvafiq olaraq bu marşrutlarda sərnişin sayı 8% və 18% artıb.
Eyni zamanda, 2026-cı ilin mart ayında daşınmış ümumi sərnişin sayı 2025-ci ilin analoji dövrünün göstəricisini 27% üstələyib, bu da ADY-nin sərnişin daşımalarında stabilliyi və artımı əks etdirir.
