8 əmlak hərraca çıxarılır – qiymətlər 120 manatdan

8 əmlak hərraca çıxarılır – qiymətlər 120 manatdan

SOSİUM
417

Finss.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) vergi ödəyicilərinə məxsus siyahıya alınmış əmlakların satışına dair növbəti açıq hərracı elan edib. Hərrac 2025-ci il iyunun 13-də keçiriləcək.

ƏMDX-dən verilən məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında təşkil olunacaq.

Hərraca ümumilikdə 8 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlara 1 mobil telefon, 1 qeyri-yaşayış sahəsi, 4 torpaq sahəsi, 1 bağ evi və 1 fərdi yaşayış evi daxildir.

Satışa çıxarılan əmlakların start qiymətləri 120 manatdan başlayaraq 80 000 manata qədər dəyişir. İştirakçılar əmlakı əldə etmək üçün müəyyən edilmiş qiymətin 10%-ni beh kimi əvvəlcədən ödəməlidirlər.

Hərracda iştirak etmək istəyən şəxslər 2025-ci il iyunun 10-dək sifarişlərini təqdim edə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
8 əmlak hərraca çıxarılır – qiymətlər 120 manatdan — Fins.az — Fins.az