8 və 9 mart tarixində qatarlararası intervalı 2,5 dəqiqəyə endiririk – Emil Əhmədov

8 və 9 mart tarixində qatarlararası intervalı 2,5 dəqiqəyə endiririk – Emil Əhmədov

SOSİUM
260

Bakı Metropoliteni Beynəlxalq Qadınlar Günü və 9 martın qeyri-iş günü ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Fins.az xəbər verir ki, bunu qurumun idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Qurumun idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib ki, 8 və 9 mart tarixində metropoliten gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. "28 May-Əhmədli" sahəsində qatarlararası interval təxminən 2,5 dəqiqə olacaq, bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

“Bənövşəyi” xətdə və “Həzi Aslanov-Əhmədli” ilə “Cəfər Cabbarlı-Xətai” mənzillərində intervallar əvvəlki qaydada saxlanılacaq. “Bakmil” istiqamətində sərnişinlər isə şənbə qrafikindən istifadə edə biləcəklər.

Əhmədov bildirib ki, sərnişin sayının artması səbəbindən qrafik yenilənib: əvvəl 32 cüt qatar işləyirdisə, hazırda 35 cüt qatar fəaliyyət göstərir, günorta saatlarında isə 24 cüt qatarın yerinə 30 cüt qatar işləyəcək. Bu tədbirlər pik saatlarda intervalın azaldılmasına və sıxlığın yüngülləşdirilməsinə xidmət edir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
8 və 9 mart tarixində qatarlararası intervalı 2,5 dəqiqəyə endiririk – Emil Əhmədov — Fins.az — Fins.az