2025/2026-cı tədris ilində məcburi köçkün statuslu 3 923 tələbə təhsil haqqı ödənilib

2025/2026-cı tədris ilində məcburi köçkün statuslu 3 923 tələbə təhsil haqqı ödənilib

SOSİUM
220

Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında hesabatına əsasən, 2025/2026-cı tədris ilində dövlət ali və orta ixtisas təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş və təhsil xərcləri dövlət tərəfindən qarşılanan məcburi köçkün tələbələrin sayı ümumilikdə 3 923 nəfər təşkil edib.

Hesabat dövründə 16,6 min məcburi köçkünə özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən yeni status sənədi (məcburi köçkün vəsiqəsi) verilib.

Aztəminatlı məcburi köçkün ailələrinə isə sosial dəstək çərçivəsində 18 min yataq dəsti, 15,6 min dəst şərf və əlcək, övladlarına isə yaş qruplarına uyğun olaraq 9 min önü bağlanan məktəbli jaket, 8 min məktəbli forması və 8,9 min üst qış geyimi paylanıb.

Bu tədbirlər məcburi köçkün ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə və tələbələrin təhsil imkanlarının təmin olunmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2025/2026-cı tədris ilində məcburi köçkün statuslu 3 923 tələbə təhsil haqqı ödənilib — Fins.az — Fins.az