Yeni sədrin “Azərsığorta”nın 9 filialını ləğv etdiyi bildirilir

Yeni sədrin “Azərsığorta”nın 9 filialını ləğv etdiyi bildirilir

SIĞORTA
2,336

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialının ləğv edildiyi bildirilir.

“Məlumata görə, bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.

İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

(c)Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni sədrin “Azərsığorta”nın 9 filialını ləğv etdiyi bildirilir — Fins.az — Fins.az