Yaşıl Kart Sistemi çərçivəsində 2020-2021-ci illərin yanvar-iyun ayları üçün xülasə

Yaşıl Kart Sistemi çərçivəsində 2020-2021-ci illərin yanvar-iyun ayları üçün xülasə

SIĞORTA
1,231

2020-ci ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilmiş və 1,066,243.00 manat sığorta haqqı toplanılıb. 

İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilmiş və həmin müqavilələr üzrə 1,237,159.00 manat sığorta haqqı toplanılıb. 

6 aylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir. Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır. Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olunub.

2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları

 

Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları

Nəqliyyat vasitəsinin növü

Yanvar-İyun, 2020

Yanvar-İyun, 2021

Müqavilə sayı

Sığorta haqqı

Müqavilə sayı

Sığorta haqqı

Yük

4485

964,707.00

5282

1,202,763.00

Minik

3826

97,526.00

630

33,516.00

Avtobus

33

4,000.00

6

810.00

Motosiklet

1

10.00

1

70.0

Cəmi

8345

1,066,243.00

5919

1,239,159.00

2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri

2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498,353.01 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258,696.47 manat sığorta ödənişi həyata keçirilib. 2020-ci ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil edib.

Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri

Ölkələr

Yanvar-İyun, 2020

Yanvar-İyun, 2021

Hadisə sayı

Sığorta ödənişi

Hadisə sayı

Sığorta ödənişi

Rusiya

141

325,628.17

49

123,118.22

Türkiyə

47

157,813.92

44

112,213.09

Digər

5

14,910.92

7

23,365.16

Cəmi

193

498,353.01

100

258,696.47

Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib. 

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı

 

Ölkələr

NV növü

Yanvar-İyun, 2020

Yanvar-İyun, 2021

Yük

Minik

Avtobus

Cəmi

Yük

Minik

Avtobus

Cəmi

Rusiya

78

61

2

141

38

11

-

49

Türkiyə

32

15

-

47

32

12

-

44

Digər

5

-

-

5

6

1

-

7

Zərərlilik nisbəti

2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilmiş, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxmışdır. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaşıl Kart Sistemi çərçivəsində 2020-2021-ci illərin yanvar-iyun ayları üçün xülasə — Fins.az — Fins.az