Türk Dünyası Sığorta Birliyi Şuşada birgə “Proklamasiya” sənədini imzalanıb

Türk Dünyası Sığorta Birliyi Şuşada birgə “Proklamasiya” sənədini imzalanıb

SIĞORTA
658

Finss.az - Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası çərçivəsində türk dövlətlərinin sığortaçıları arasında “Proklamasiya sənədi” imzalanıb.

İmzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılıb. Birliyə 5 təsisçi üzvə əlavə olaraq Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olurlar.

Birliyin əsas məqsədi üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və dayanıqlı inkişafı təmin etməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türk Dünyası Sığorta Birliyi Şuşada birgə “Proklamasiya” sənədini imzalanıb — Fins.az — Fins.az