Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması necə olur?

Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması necə olur?

SIĞORTA
1,228

“İşəgötürən tərəfindən işçiyə verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin məbləğ işsizlikdən sığortaya və icbari tibbi sığortaya cəlb olunurmu?” sualına cavab olaraq Dövlət Vergi Xidməti bildirir ki, işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin muzdlu işlə əlaqədar aylıq gəliri hesab edilir və həmin məbləğdən işsizlik və icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əsaslandırılma: Əmək Məcəlləsinin 154-cü, Vergi Məcəlləsinin 98.1, 98.2.7-ci maddəsi, İşsizlikdən sığorta haqqında qanunun 9-cu maddəsi və Tibbi sığorta haqqında qanunun 15-10.1.2-ci maddəsi

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təhtəlhesab vəsaitin sığortaya cəlb olunması necə olur? — Fins.az — Fins.az