Standard sığorta şirkətinin müflis olma məsələsinə baxılacaq

Standard sığorta şirkətinin müflis olma məsələsinə baxılacaq

SIĞORTA
1,533

Azərbaycan Mərkəzi Bankının (AMB) ötən  ay lisenziyasını ləğv etdiyi “Standard Insurance” Sığorta Şirkəti ASC-nin müflis elan olunmasına dair iyunun 23-də, saat 14:30-da məhkəmə baxışı keçiriləcək.

Məlumata görə, proses Bakı Kommersiya Məhkəməsində olacaq. 

Xatırladaq ki, “Standard Insurance”in lisenziyası mayın 19-da ləğv edilib. Qərar sığorta şirkətinin kapitalını tam itirməsi, cari fəaliyyətini etibarlı qaydada həyata keçirməməsi və istehlakçılarının hüquqlarının pozulmasına yol verməsi ilə izah olunub. Bundan sonra AMB maliyyə qurumu barədə iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Standard sığorta şirkətinin müflis olma məsələsinə baxılacaq — Fins.az — Fins.az