Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-MAY/2026

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-MAY/2026

SIĞORTA
223

Fins.az – 2026-cı ilin yanvar–may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə toplanan sığorta haqlarının həcmi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, hesabat dövründə ölkədə fəaliyyət göstərən 15 sığorta şirkəti tərəfindən ümumilikdə 732,633 milyon manat sığorta haqqı toplanıb.

Sığorta bazarında ən böyük yığım 370,978 milyon manat ilə “Paşa Həyat Sığorta” ASC-yə məxsus olub. Şirkət ümumi yığımların yarıdan çoxunu təmin edərək bazar liderliyini qoruyub.

İkinci yerdə 172,311 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 50,417 milyon manat göstərici ilə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC qərarlaşıb.

Sonrakı yerlərdə “Atəşgah” Sığorta Şirkəti ASC (27,058 milyon manat), “Qala Sığorta” ASC (21,098 milyon manat), “Aqrar Sığorta” ASC (13,383 milyon manat) və “Azərbaycan Sənaye Sığorta” ASC (13,006 milyon manat) yer alıb.

Hesabat dövründə “Meqa Həyat Sığorta” ASC 12,349 milyon manat, “Meqa Sığorta” ASC 12,146 milyon manat, “Qala Həyat” Sığorta Şirkəti ASC isə 11,818 milyon manat sığorta haqqı toplayıb.

Digər şirkətlər üzrə yığımlar “Xalq Sığorta” ASC-də 11,040 milyon manat, “A-Qroup Sığorta Şirkəti” ASC-də 7,568 milyon manat, “Xalq Həyat” Sığorta Şirkəti ASC-də 4,920 milyon manat, “AzSığorta” ASC-də 3,074 milyon manat, “İpək Yolu Sığorta” ASC-də isə 1,464 milyon manat təşkil edib.

2026-cı ilin yanvar–may aylarında sığorta yığımları

Sığorta şirkəti

Sığorta yığımları (min manat)

1

Paşa Həyat Sığorta ASC

370 978

2

Paşa Sığorta ASC

172 311

3

Atəşgah Həyat Sığorta Şirkəti ASC

50 417

4

Atəşgah Sığorta Şirkəti ASC

27 058

5

Qala Sığorta ASC

21 098

6

Aqrar Sığorta ASC

13 383

7

Azərbaycan Sənaye Sığorta ASC

13 006

8

Meqa Həyat Sığorta ASC

12 349

9

Meqa Sığorta ASC

12 146

10

Qala Həyat Sığorta Şirkəti ASC

11 818

11

Xalq Sığorta ASC

11 040

12

A-Qroup Sığorta Şirkəti ASC

7 568

13

Xalq Həyat Sığorta Şirkəti ASC

4 920

14

AzSığorta ASC

3 074

15

İpək Yolu Sığorta ASC

1 464

Cəmi

15 sığorta şirkəti

732 633

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-MAY/2026 — Fins.az — Fins.az