Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir - AMB

Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir - AMB

SIĞORTA
265

Sığorta sektorunun kapital mövqeyi 2025-ci ilin sonuna olan göstəricilərə əsasən prudensial tələbləri üstələyir.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, sığorta sektorunun məcmu kapitalı ötən ilin sonuna nisbətən 1 milyon manat artaraq 381 milyon manat, tələb olunan kapital isə 205 milyon manat səviyyəsində formalaşıb. Bu, sektorun kifayət qədər kapital buferinə malik olduğunu göstərir.

Bununla yanaşı, sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, ümumi mənfəətlilik azalma nümayiş etdirib. 2025-ci ildə sektorun xalis mənfəəti 4% və ya 7 milyon manat azalaraq 166 milyon manat təşkil edib.

Azalma əsasən qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətliliyin azalması ilə bağlı olub. Hesabat dövründə tibbi sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və KASKO sığortası kimi əsas siniflərdə zərərlilik göstəricilərində artım qeydə alınıb.

Məlumata görə, sığorta sektorunun ümumi zərərlilik dərəcəsi 1 faiz bəndi artaraq 86% olub. Tibbi sığorta üzrə zərər əmsalı 4 faiz bəndi azalaraq 80% olsa da, xərc əmsalı artıb və yekun zərərlilik 105% səviyyəsində formalaşıb.

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 11 faiz bəndi artaraq 85%, xərc əmsalı isə 28% təşkil edib və yekun zərərlilik 113%-ə yüksəlib. KASKO sığortası üzrə isə zərər əmsalı 4 faiz bəndi artaraq 52%, xərc əmsalı 34%, yekun zərərlilik isə 86% olub.

Qeyd edilib ki, yüksək paya malik sığorta siniflərində zərərliliyin artması ümumi sektor göstəricilərinə birbaşa təsir göstərib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir - AMB — Fins.az — Fins.az