Sığorta sektorunda mənfəət və dividend göstəriciləri açıqlanıb - AMB

Sığorta sektorunda mənfəət və dividend göstəriciləri açıqlanıb - AMB

SIĞORTA
350

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar səhmdarlarına təxminən 480 milyon manat dividend ödəyib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 20% azalma deməkdir.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.

Eyni zamanda sığorta sektorunun maliyyə nəticələri də açıqlanıb. Məlumata əsasən, sığorta şirkətlərinin əldə etdiyi ümumi mənfəət 166 milyon manat təşkil edib.

Bununla yanaşı, sığorta şirkətləri tərəfindən səhmdarlara ödənilən dividendin həcmi 133 milyon manat olub ki, bu da sektorun mənfəətinin əhəmiyyətli hissəsinin paylanmasını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta sektorunda mənfəət və dividend göstəriciləri açıqlanıb - AMB — Fins.az — Fins.az