Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MART/2026

Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MART/2026

SIĞORTA
395

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətləri tərəfindən ümumilikdə 218,456 milyon manat sığorta ödənişi həyata keçirilib.

Fins.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,2 faiz artım deməkdir və sığorta bazarında ödənişlərin sürətlə genişləndiyini göstərir.

Dövr ərzində ən yüksək sığorta ödənişləri “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib və göstərici 127,104 milyon manat təşkil edib.

İkinci ən yüksək ödənişlər “Paşa Sığorta” ASC tərəfindən qeydə alınıb və bu göstərici 34,357 milyon manat olub. “Atəşgah Həyat” Sığorta Şirkəti isə 21,667 milyon manat sığorta ödənişi həyata keçirib.

Eyni zamanda, “Atəşgah Sığorta” tərəfindən 9,689 milyon manat, “Qala Sığorta” tərəfindən 5,919 milyon manat, “Azərbaycan Sənaye Sığorta” tərəfindən 4,142 milyon manat, “Meqa Sığorta” tərəfindən 3,942 milyon manat sığorta ödənişi həyata keçirilib.

Digər şirkətlər üzrə göstəricilər isə “Qala Həyat Sığorta” 955 min manat, “Meqa Həyat Sığorta” 744 min manat, “Xalq Sığorta” 2,399 milyon manat, “Xalq Həyat Sığorta” 1,894 milyon manat, “A-Qroup Sığorta” 3,104 milyon manat, “AzSığorta” 360 min manat, “İpək Yolu Sığorta” 0,5 min manat və “AtaSığorta” 1,915 milyon manat səviyyəsində olub.

Ümumilikdə, 2026-cı ilin ilk rübündə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlər sektorun öhdəliklərinin icrası və maliyyə aktivliyinin davam etdiyini göstərib.

Sığorta şirkətləri üzrə sığorta ödənişləri (2026, yanvar–mart)

Sığortaçı

Sığorta ödənişləri (min manat)

1

Paşa Həyat Sığorta

127,104

2

Paşa Sığorta

34,357

3

Atəşgah Həyat Sığorta Şirkəti

21,667

4

Atəşgah Sığorta Şirkəti

9,689

5

Qala Sığorta

5,919

6

Azərbaycan Sənaye Sığorta

4,142

7

Meqa Sığorta

3,942

8

A-Qroup Sığorta Şirkəti

3,104

9

Xalq Sığorta

2,399

10

AtaSığorta

1,915

11

Xalq Həyat Sığorta Şirkəti

1,894

12

Qala Həyat Sığorta Şirkəti

955

13

Meqa Həyat Sığorta

744

14

AzSığorta

360

15

Aqrar Sığorta

265

16

İpək Yolu Sığorta

0,5

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MART/2026 — Fins.az — Fins.az