
Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-APREL/2026
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri üzrə sığorta ödənişlərinin həcmi açıqlanıb.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, qeyd olunan dövrdə sığorta şirkətləri vasitəsilə ümumilikdə 304,353 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 73 milyon manat və ya 31,6 faiz artım deməkdir.
Hesabat dövründə ən böyük sığorta ödənişləri “Paşa Həyat Sığorta” ASC tərəfindən həyata keçirilib. Şirkət ümumilikdə 168,099 milyon manat ödəniş həyata keçirərək siyahıda birinci olub.
İkinci yerdə 52,502 milyon manatla “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 34,735 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.
Siyahını “AzSığorta” 396 min manatla tamamlayır, “İpək Yolu Sığorta” isə hesabat dövründə sığorta ödənişi həyata keçirməyib.
Sığorta ödənişləri üzrə renkinq (2026 yanvar–aprel)
Sıra | Şirkətin adı | Məbləğ (milyon manat) |
|---|---|---|
1 | Paşa Həyat Sığorta | 168,099 |
2 | Paşa Sığorta | 52,502 |
3 | Atəşgah Həyat Sığorta Şirkəti | 34,735 |
4 | Atəşgah Sığorta Şirkəti | 14,128 |
5 | Qala Sığorta | 7,951 |
6 | Azərbaycan Sənaye Sığorta | 6,043 |
7 | Meqa Sığorta | 5,727 |
8 | A-Qroup Sığorta Şirkəti | 4,450 |
9 | Xalq Sığorta | 3,335 |
10 | Xalq Həyat Sığorta Şirkəti | 2,059 |
11 | Meqa Həyat Sığorta ASC | 1,158 |
12 | Qala Həyat | 0,971 |
13 | AzSığorta | 0,396 |
14 | İpək Yolu Sığorta | 0 |